070 598 13 33info@meridiantax.azB.e.–Cümə 09:00–18:00

Ezamiyyə xərcləri: normalar və vergi nəticəsi

Ölkədaxili ezamiyyə normaları (Bakı 125, Naxçıvan 100, Gəncə və Sumqayıt 95, digər 90 manat), mehmanxana və gündəlik xərc payı, normadan artıq ödənişin vergisi.

Araz Hüseynov · 18.10.2026

Ezamiyyə xərclərinin normaları Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilib. Ölkədaxili normalar 04.04.2024-cü il tarixli 200 nömrəli Qərarla artırılıb.

Ölkədaxili 1 günlük normalar

Ezamiyyə yeri1 günlük norma
Bakı125 manat
Naxçıvan100 manat
Gəncə, Sumqayıt95 manat
Digər şəhər, rayon mərkəzi, qəsəbə və kəndlər90 manat

Normanın 70%-i mehmanxana xərci, 30%-i isə gündəlik xərclərdir: yemək, şəhərdaxili nəqliyyat və rabitə.

Misal. Naxçıvana 2 gün mehmanxanada qalmaqla + 1 yol günü: 100 × 2 + 100 × 30% × 1 = 230 manat.

Sahə və növbə işçiləri

İşi daim yolda keçən, növbə (vaxta) üsulu ilə və ya çöl şəraitində işləyən, hər gün evə qayıda bilməyən işçilərə ezamiyyə xərcləri əvəzinə gündə 20 manat ödənilir.

Vergi nəticəsi

  • Norma daxilində ödənilən ezamiyyə xərcləri işçinin gəliri sayılmır.
  • Normadan artıq ödənilən hissə işçinin gəliri kimi gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur və gəlirdən çıxılmır.
  • Mehmanxana xərci sənədləşdirilmədikdə mehmanxana normasının yalnız 50%-i gəlirdən çıxılır.

Xarici ölkələr üzrə 106 ölkənin normaları olan pulsuz ezamiyyə hesablayıcımızı əldə edə bilərsiniz.

Məqalə ümumi məlumat xarakteri daşıyır və hüquqi məsləhət deyil. Konkret hal üzrə mütəxəssislə məsləhətləşin.